
Yaxın vaxtlarda İranın xarici işlər naziri Abbas Əraqçinin “Danışıqların gücü” kitabının erməni dilinə tərcüməsinin təqdimatı keçiriləcək.
“Pars Today” xəbər verir ki, kitaba ön sözü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yazıb. Əraqçı kitabda üç kateqoriyaya toxunub:
1. Danışıqların bir ölkə üçün yarada biləcəyi güc
2. Danışıqlar üçün lazım olan güc
3. Danışıqçının malik olmalı olduğu güc və sənət
Kitab İran İslam Respublikasının Yerevandakı səfirliyinin səyi ilə tərcümə edilərək nəşr edilib.







