BaşlıcaSiyasət

ER Baş naziri:  “Eskalasiya üçün hər hansa  əsas və əsaslanma yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh sazişinin mətni hər iki tərəf üçün məqbul şəkildə razılaşdırılıb və məntiqi olaraq növbəti addım onun imzalanması olmalıdır.

Baş nazir vurğulayıb ki, müxtəlif eskalasiya xəbərlərinin yayılmasının məqsədi əsl xəbəri “ört-basdır etmək” ola bilər.

Paşinyanın sözlərinə görə, əsl xəbər ondan ibarətdir ki, sazişin mətni hazırdır və imzalanmasını gözləyir.

“Mən artıq qeyd etmişəm ki, bu mətnin altına imza atmağa hazıram”– deyə Paşinyan bildirib.

O, həmçinin vurğulayıb ki, hazırda eskalasiya üçün heç bir əsas və ya səbəb yoxdur, çünki hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini– Sovet İttifaqının sərhədləri çərçivəsində  qarşılıqlı şəkildə tanıyıb

Baş nazirin sözlərinə görə, bu razılaşmalar təkcə sülh sazişi mətnində deyil, həm də sərhədlərin delimitasiyası komissiyalarının reqlamentində iki ölkə arasında sərhədlərin müəyyən edilməsi üçün əsas prinsiplər kimi təsbit olunub.

“Bəzi qüvvələr eskalasiya istəyə bilər, lakin bunun üçün hazırda heç bir hüquqi və ya faktiki əsas yoxdur. Əgər bölgəmizdə eskalasiya üçün heç bir əsas yoxdursa, deməli, bu məqamdan etibarən növbəti addım sülh sazişinin imzalanması və onun həyata keçirilməsi olmalıdır” – deyərək Baş nazir vurğulayıb.

Daha çox göstər
Back to top button