
ER xarici işlər naziri Ararat Mirzoyan Braziliyaya rəsmi səfəri çərçivəsində Braziliyanın ən böyük və nüfuzlu gündəlik qəzetlərindən biri olan “Folha”ya müsahibə verib.
Azərbaycanla sülh müqaviləsinin mətninin yekunlaşdırılması və sazişin imzalanması ilə bağlı jurnalistin sualına cavab olaraq nazir Mirzoyan qeyd edib ki, illər dava edən münqişədən sonra bu səhifəni çevirmək üçün şans ola bilər.
“Lakin bunu reallaşdırmaq üçün hər iki tərəfdən konstruktiv yanaşma lazımdır. Ermənistanda biz bu fürsəti görürük və bu sülh gündəliyinə tam sadiqik. Nəhayət, azərbaycanlı tərəfdaşlarımızla birlikdə saziş layihəsini yekunlaşdıra bildik.
Bu sülh müqaviləsi bir sıra mühüm müddəaları müəyyən edir. Biz, həmçinin digər razılaşmalar kimi, güc tətbiq etməkdən və bir-birimizin daxili işlərinə qarışmaqdan çəkinməyə öhdəliyik.
İmzalanma yeri və tarixi ilə bağlı dərhal məsləhətləşmələrə başlamağa hazırıq.
Lakin təəssüf ki, biz görürük ki, Azərbaycan sülh gündəliyinə müxtəlif yeni, mən deyərdim ki, süni ilkin şərtlər gətirir, bu da sazişin imzalanmasını, belə demək mümkünsə, institutsional sülhün bərqərar olmasını çətinləşdirir.
Biz demək olar ki, məqsədə çatdıq. Sadəcə, görüşmək və sazişi imzalamaq üçün bizə bir az daha çox siyasi iradə lazımdır.
Biz həmçinin nəqliyyat marşrutlarının açılmasını təklif etdik. Biz dərhal müqavilə imzalamağa hazırıq. Amma Azərbaycandan eşitdiklərimiz onların hazır olduğu təəssüratı yaratmır, təəssüf ki, dediyim kimi, yeni ilkin şərtlər irəli sürməyə davam edirlər”,- o deib.







