
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, AB müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində olması Ermənistan hökumətinin, xüsusilə də onun təqdim etdiyi dəvət əsasında təşkil edilib və məqsəd sülhə və sabitliyə xidmət etməkdir.
“Bizim məqsədimiz AB müşahidəçilərini sabitlik və sülh amili kimi görmək olub və qalır. Əgər sülh sazişi imzalanarsa, institusional sülh və sabitliyə sahib olacağıq.
Belə olan amildə sülh sazişinin imzalanmasından sonra AB müşahidəçilərinə artıq ehtiyac qalmaya və ya daha az ehtiyac ola bilər” – deyə Paşinyan bildirib və vurğulayıb ki, AB müşahidəçilərinin gələcək mövcudluğu ilə bağlı hələ qərar yoxdur.
Baş nazir qeyd edib ki, sülh sazişinin imzalanması və ratifikasiyasından sonra üçüncü tərəflərin iştirakı məsələsi gündəmə gələ bilər, lakin indiyə qədər Aİ müşahidəçiləri öz işlərini davam etdirə bilərlər.
O, əlavə edib ki, Ermənistanda üçüncü ölkələrin nümayəndələrinin iştirakı Ermənistanın suveren qərarlarından asılıdır.
Beynəlxalq məhkəmələrdə aparılan dövlətlərarası iddialarla bağlı danışan Paşinyan onların əsas məqsədinin də sülh və sabitliyin təmin edilməsi olduğunu bildirib.
“Sual budur: bu iddialar nə üçündür? Əsas məqsəd sülh və sabitliyin təmin olunmasıdır. Və ya sülh və sabitliyə gedən yolda problemlərin həll olunmasıdır.
Əgər sülh varsa, deməli, biz sülh məntiqinə əsaslanmalıyıq. Bəzən məqsəd və vasitəni bir-birinə qarışdırırıq.
Əgər sülh istəyiriksə, məhz sülhü dəstəkləməliyik. Yəni,məqsəddən imtina edib vasitəyə üstünlük vermək qəribə olardı” – deyə o, vurğulayıb.







