
ER parlamentinin sədri Alen Simonyan müxalifətin Ermənistanın birtərəfli güzəştlərə getməsi ilə bağlı iddiaları ilə razılaşmır.
“Birincisi, müxalifət belə bir söz deyərkən, həmin mətni görübmü?
İkincisi, bütün müddəalar hər iki tərəfə istinad edirsə, bu necə birtərəfli ola bilər. Qoy onlardan biri məntiqini açıqlasın, biz də müzakirə edək və onun birtərəfli güzəştinin nə olduğunu anlayaq. Bu, birtərəfli qaydada müzakirə olunur”.
Bu absurd və qeyri-ciddidir, qoy belə bəyanatlar verənlər gəlsinlər, mənimqarşımda durub, kürsüdən çıxış etsinlər, öz sözlərini hansısa formada əsaslandırmağa çalışsınlar” – deyə o,bəyan edib.
Hakimiyyətin kapitulasiyaya getməsi ilə bağlı müşahidəyə gəlincə, parlament sədri deyib:
“Yaxşı, ilk ən məşhur kapitulyasiya Serj Sarkisyanın 2018-ci ildə erməni xalqına kapitulasiyası idi.
İkincisi, siz deyəndə ki, hakimiyyətin üslubu məlumdur və siz bununla bağlı mətnlə tanış olmadan dediklərinizə haqq qazandırırsınız,bu ciddi olmayan təəsüratdır və bu siyasi xadimə yaraşan iş tərzi deyil.
Dəfələrlə bəyan olunub ki, bütün məqamlar hər iki tərəfə aiddir. Məsələn, orada yazılıbsa ki, erməni tərəfi gərək kapitulasiya olunursa, demək, azərbaycan tərəfi həmçinin kapitulasiya olmalıdır.Yəni, axı insan,eyni mənasız söhbəti nə vaxta qədər təkrarlaya bilər?”.
Azərbaycanın danışıqlar prosesində vaxtaşırı pozuntulara yol verdiyinə, Ermənistanın isə öz vədlərinə müqəddəs şəkildə əməl etdiyinə toxunan Alen Simonyan deyib:
“İndi qarşı tərəf pis bir iş görsə, bu, bizim də pis iş görəcəyimiz anlamına gəlirmi? Bizim reputasiyamız var, mövqeyimiz var. Görün Ermənistan Respublikasında nə qədər media qurumu var, media nə qədər azaddır. İndi bəzi ölkələrdə, məsələn, Azərbaycanda, AB standartlarına görə, söz azadlığı o qədər də azad deyil”.
MŞ sədri əmin olduğunu bildirib ki, Ermənistan demokratik olmaqla təhlükəsizliyə nail olur. “Avropalı müşahidəçilərin gəlib sərhəddə müşahidə aparması, bizim beynəlxalq hesabatlarımızın olması, Ermənistana yardım edilməsi, Ermənistanla əməkdaşlığın olması, bunların hamısı onun hesabına baş verir.
Sonra gileylənirsiniz, deyirsiniz ki, bizə hücum ediblər, amma indi biz tarix boyu bəzi məsələlərdən danışılmayıb. Biz Avropa ailəsinin məntiqi, insan haqları, söz azadlığı dəyərləri çərçivəsində davranırıq.







