
“Sputnik Qazaxıstan”ın xəbərinə görə, Astanaya səfəri zamanı Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib ki, Bakı və Yerevan arasında bağlanacaq sülh sazişi sıçrayış nöqtəsi olacaq.
Mirzoyan qeyd edib: “Uzun sürən danışıqlardan sonra Cənubi Qafqazda sülhə nail olmaq və iqtisadi imkanlar açmaq üçün sazişi imzalamaq və irəli getmək vaxtıdır”.
Qazaxıstanın Xarici işlər naziri Murat Nurtəleu ilə görüşdə regional əhəmiyyətli məsələlər müzakirə edilib. Mirzoyan Nurtəleuya Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı son inkişafları və məlumatları təqdim edib.
Ermənistanın Xarici işlər naziri vurğulayıb ki, Ermənistanın mövqeyi aydındır: iki dövlətin ərazi bütövlüyünün tanınması və Almatı Bəyənnaməsinin müddəaları əsasında sərhədlərin delimitasiyası prosesi.
“Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında danışıqların başa çatması ilə əlaqədar Qazaxıstan Xarici işlər nazirliyinin bəyanatını yüksək qiymətləndiririk”- deyərək Mirzoyan bildirib:







