
Rusiyanın Kapanda Baş Konsulluğunun açılması məsələsi müzakirə olunur. Bu barədə ER Xarici işlər nazirliyi jurnalistin yazılı sorğusuna cavab olaraq məlumat verib.
Biz maraqlandıq ki, proses hansı mərhələdədir, diplomatik nümayəndəliyin nə vaxt açılması planlaşdırılır, hansı işlər görülür, konsulluq niyə hələ də açılmayıb?
“Qaldırdığınız məsələ iki ölkə arasında müzakirə mərhələsindədir” – deyə XİN-yi cavab verib.
Yada salaq ki, Rusiyanın Syünik vilayətində Baş Konsulluğunun açılması məsələsi 3 ilə yaxındır ki, müzakirə olunur.
2023-cü ilin sentyabr ayından etibarən konsulluğun açılışına hazırlıq işlərinə cavabdeh olan aparıcı qrup Kapanda fəaliyyət göstərir.







