BaşlıcaSiyasət

Almaniya Prezidenti Almaniyaya üzvlük prosesinə başlamaq qərarını cəsarətli addım hesab edir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ermənistan parlamenti tərəfindən Avropa Birliyinə üzvlük prosesinin başlanması ilə bağlı qəbul edilmiş qərarı cəsarətli addım kimi qiymətləndirərək, Berlinin Yerevanın bu qərarına hörmətlə yanaşdığını vurğulayıb.

Verilən məlumata görə, Almaniya Prezidenti bu barədə Ermənistan Prezidenti Vahaqn Xaçatryan ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.

O, Ermənistan-Avropa Birliyi münasibətlərinin dərinləşməsi, Yerevanın Brüssel ilə dialoqun perspektivləri və atılacaq gələcək addımları barədə fikirlərini bölüşüb.

Almaniya Prezidenti vurğulayıb ki, Berlin Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qəbul etdiyi qərara hörmətlə yanaşır.

 “Biz bu qərara hörmətlə yanaşırıq. Bu, cəsarətli addımdır. Burada islahatlara yönəlmiş çox böyük işlər görülməlidir və biz islahatların zəruriliyi barədə də danışdıq.

Məndə belə bir təəssürat yaranıb ki, Ermənistanda Avropa Birliyinə gedən yolun uzun olduğu barədə real təsəvvür mövcuddur” – deyə Frank-Valter Ştaynmayer bildirib.

Bu məsələdə Almaniyanın dəstəyinə toxunan Ştaynmayer qeyd edib ki, Ermənistan və Avropa Birliyi gündəlikdə olan yeni bir sənədin imzalanması ilə bağlı danışıqlar aparır.

O, həmçinin xatırladıb ki, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas yaxın gələcəkdə Ermənistana səfər edəcək və bütün bu məsələlər üzrə danışıqlar aparacaq.

Almaniya Prezidenti vurğulayıb ki, Ermənistan-Avropa Birliyi münasibətlərinə skeptik yanaşmaq lazım deyil və bu əlaqələrin inkişafı Ermənistan iqtisadiyyatının inkişafına da töhfə verəcək.

Ermənistanın parlamenti  martın 26-da ikinci oxunuşda və tam şəkildə “Avropa Birliyinə Ermənistan Respublikasının üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib.

Layihənin dəyişdirilmiş yekun mətni belə müəyyən edir: “Ermənistan Respublikası demokratik institutları inkişaf etdirmək, cəmiyyətin rifahını yüksəltmək, ölkənin təhlükəsizliyini, dayanıqlılığını və hüququn aliliyini möhkəmləndirmək məqsədilə Avropa Birliyinə üzvlük prosesinin başlandığını bəyan edir”.

Daha çox göstər
Back to top button