BaşlıcaSiyasət

Ermənistanın dövlət sərhədini qanunsuz keçmək halları 2 dəfədən çox artıb

Ermənistan Respublikasında dövlət sərhəddinin qanunsuz keçilməsi hallarında kəskin artım qeydə alınıb.

Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının Baş Prokurorluğunun 2024-cü il fəaliyyətinin hesabatında göstərilib.

 Xüsusilə, 2024-cü ildə bu cür 160 hal qeydə alınarkən, 2023-cü ildə bu rəqəm 78 olub. Beləliklə, dövlət sərhəddinin qanunsuz keçilməsi hallarının sayı 82 halla (105.1%) artıb.

 Eyni zamanda, qanunsuz miqrasiyanın təşkili hallarında azalma müşahidə olunub. 2024-cü ildə bu cür 15 hal qeydə alınıb (2023-cü ildə 24 hal). Yəni, göstərici 9 halla azalıb.

Daha çox göstər
Back to top button