
Ermənistana işgüzar səfəri çərçivəsində Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bu gün BƏƏ-nin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Camil Əl Ramahi ilə görüşüb.
Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər “Masdar” şirkətinin Ermənistanda Günəş elektrik stansiyasının yaradılması prosesinə toxunublar, qarşıdakı işlərin yol xəritəsi təsdiqlənib və razılığa gəlinib ki, Ermənistanda sənaye miqyaslı “Ayg-1” Günəş fotovoltaik layihəsinin tikintisinə 2026-cı ilin əvvəlində start veriləcək.
Tərəflər danışıqların nəticələrini yüksək qiymətləndiriblər və onların davamlılığını təmin etmək barədə razılığa gəliblər.







