
Ermənistan Respublikası Silahlı qüvvələri və İran İslam Respublikası Silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə hərbi təlimlər keçirəcək.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, təlimləri Ermənistan ərazisində ER Silahlı qüvvələrinin bölməsi, İran ərazisində isə İran Silahlı qüvvələrinin bölmələri keçirəcək.
Təlimlərdə Ermənistan-İran dövlət sərhədində yerləşən nəzarət-buraxılış məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.







