
Bakı Yerevandan Naxicevana “maneəsiz giriş” təmin etməyi tələb edir. Bu fikri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici işlər naziri Tanya Fayonn ilə birgə mətbuat konfransında səsləndirib.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, nazir bildirib ki, sülh sazişinin mətninin üzərində iş mart ayında tamamlanıb və “Azərbaycanın, prosesin yekunlaşdırılması ilə bağlı öz qanuni gözləntilərini Ermənistanla bir daha müzakirə etmək imkanı var”.
“Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının, eləcə də Minsk qrupunun ləğv edilməsinin zəruriliyini qeyd etdim.
Sərhədlərin müəyyənləşdirilməsi prosesi davam edir, lakin kommunikasiya yollarının açılması məsələsi hələ də həll olunmayıb.
Naxicevana maneəsiz giriş məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Azad edilmiş ərazilərin bərpası və tikinti işləri, habelə mina təhlükəsi də müzakirə olunub ki, bu da bu proseslərdə ən ciddi problemlərdən biridir” – deyə Bayramov bildirib.
Yəni, sülh müqaviləsinin mətni razılaşdırıldıqdan sonra Bakı əslində yeni tələblər irəli sürməyə başlayıb. Bir sıra ekspertlərin fikrincə, bu, ümumiyyətlə sülh müqaviləsinin imzalanmasından yayınmaq məqsədini daşıyır.







