
ER Parlamentinin sədri Alen Simonyan öz fikrində qalaraq bildirib ki, Qələbənin 80 illiyi həm də bizim bayramımızdır. O, bunu mayın 5-də jurnalistlərlə söhbətində bir daha vurğulayıb.
Simonyan xatırladıb ki, Ermənistan Qələbə naminə 300 min oğul və qızlarının həyatını qurban verib və bu, faşizmə qarşı Qələbədir.
Qərbdə narazılıqlarla bağlı danışarkən, o, qeyd edib ki, Qərbli siyasətçilər özləri də kifayət qədər fəal şəkildə Moskvaya gediblər və gedirlər.
Eyni zamanda Simonyan Avropada faşizmə qarşı mübarizədə ermənilərin töhfəsini xatırladıb. Son günlərdə Misak Manuşyanın qalıqları Pantheona köçürülüb.
Simonyan bildirib ki, bu eyni zamanda, həm də Manuşyanın və Müqavimət hərəkatının digər üzvlərinin xatirəsinə ehtiram olacaq.
Bununla yanaşı, Simonyan xatırladıb ki, Moskvaya getmək barədə qərarı şəxsən Nikol Paşinyan verəcək. “Amma düşünürəm ki, o, iştirak edəcək. Mənim tərəfimdən bu barədə danışmaq düzgün olmaz” – deyə Parlamentin sədri əlavə edib və vurğulayıb ki, “son anda getməmək qərarı da verə bilər”.
Jurnalistlər ehtimal ediblər ki, “bəlkə də COVID-ə yoluxar”. Simonyan isə “Bəlkə. Axı bir çoxları xəstələnib. Məsələn, elə Hindistanın Prezidenti” – deyə razılaşıb.
O, həmçinin qeyd edib ki, belə böyük tədbirlərdə iştirak həm də tərəfdaşlarla ünsiyyət üçün bir imkandır. Simonyan əlavə edib ki, Azərbaycanın prezidenti də tədbirə gedəcək.







