BaşlıcaBeynəlxalqSiyasət

Hindistan Pakistanı dəstəklədiyi üçün Azərbaycana turpaketlərin satışını dayandırıb

Hindistanın “Cox & Kings” turizm agentliyi ölkədəki mövcud geosiyasi vəziyyəti və ümumi əhval-ruhiyyəni nəzərə alaraq Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün turpaketlərin satışını dayandırmaq qərarını açıqlayıb. Bu barədə Hindustan Times məlumat yayıb.

“Biz həmçinin hindli səyahətçilərə ehtiyatlı olmağı və daha geniş geosiyasi mühitdə daha aydınlıq və razılıq əldə olunana qədər bu istiqamətlərə qeyri-vacib səyahətlərdən çəkinməyi tövsiyə edirik”,- baş direktoru Karan Agarval dedi.

Loktej English-in yazdığı kimi, başqa bir platforma olan EaseMyTrip səyahət edənlərə xəbərdarlıq edib ki, Türkiyə və Azərbaycan Pakistana dəstək ifadə ediblər və müştərilərə bu ölkələrə yalnız həddindən artıq zərurət yarandıqda səyahət etmək tövsiyə olunur.

Travomint şirkəti hətta Türkiyə və Azərbaycana turpaketlərin satışını tamamilə dayandırdığını elan edib. Şirkət diplomatik gərginliyin artması fonunda bu ölkələrə səyahətləri boykot etmək üçün ümummilli çağırışa dəstək verib. Onlar əlavə ediblər ki, bu marşrutlar üzrə rezervasiyaları ləğv edən müştərilərdən heç bir ödəniş tutulmayacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə Hindistanla münaqişədə açıq şəkildə Pakistanın tərəfində olub.

Daha çox göstər
Back to top button