BaşlıcaSiyasət

Yerevanda Fransa Xİ naziri və Fələstin Muxtariyyətinin naziri görüşüblər

Yerevanda Fransa Xarici işlər naziri Jan-Noel Baro ilə Fələstin Muxtariyyətinin naziri Varsen Ağabekyan arasında görüş baş tutub.Verilən məlumata görə, bu barədə Fransa Avropa və Xarici işlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nazir Fransanın bölgədə müharibənin gərginləşməsinin qarşısını almaq üçün qətiyyətini ifadə edib.

Fransa Xarici işlər naziri həmçinin iyun ayında Fransa və Səudiyyə Ərəbistanının həmsədrliyi ilə keçiriləcək konfransın gedişatında mühüm mərhələləri ümumiləşdirib. Konfransın məqsədi Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllinə nail olmaqdır.

Nazirlər, həmçinin Fələstin Muxtariyyəti ilə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Fransa Xarici işlər naziri Jan-Noel Baro və Fələstin Muxtariyyətinin naziri Varsen Ağabekyan mayın 26-da Yerevanda keçirilən “Yerevan Dialoqu” konfransında iştirak ediblər.

Daha çox göstər
Back to top button