BaşlıcaSiyasət

Ərdoğan:  “Zəngəzur dəhlizi” türk dünyasına doğru inteqrasiya xəttidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara artıq Cənubi Qafqazda münaqişə görmək istəmir, əksinə, sülh və sakitlik görmək istəyir.

 “Regionda daimi sülh hamıya fayda verəcək. Azərbaycan və Ermənistan arasında sülhün üfüqdə görünməsinə sevinirik. Bu prosesi diqqətlə izləyirik və həmçinin lazımi töhfəmizi veririk.

Əldə edilə biləcək sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Biz həmçinin Ermənistanla ehtiyatlı şəkildə normallaşma prosesi keçiririk” – deyə Ərdoğan bildirib.

O, həmçinin “Zəngəzur dəhlizi” adlandırılan məsələyə də toxunaraq, bu dəfə onu “Zəngəzur keçidi” adlandırıb.

 “Zəngəzur keçidi Azərbaycan üçün yalnız Naxicevanla quru əlaqəsi deyil, eyni zamanda Türkiyə vasitəsilə türk dünyasına doğru yeni inteqrasiya xəttidir.

Qısa müddətdə bu keçidin açılması həmçinin Qafqazın nəqliyyat və enerji infrastrukturunu möhkəmləndirəcək. Gözləyirik ki, qonşumuz İran da bölgəmizin sülhünə, sakitliyinə və inkişafına xidmət edəcək bu addımları dəstəkləsin.

 Dürüst desək, istərdik ki, onlar da bu “qarşılıqlı faydalı” atmosferdən yararlansınlar. Atılan hər bir addım, açılan hər bir qapı və dəhliz iqtisadi mənfəət gətirəcək və zaman keçdikcə ölkələri bir-birinə yaxınlaşdıracaq” – deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, Ərdoğan  bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Berdzor hava limanının açılışında iştirak edib.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button