BaşlıcaEkonomika

Monqolustan 2025-ci ilin iyununda Aİİ ilə ticarət sazişi imzalamağı planlaşdırır

Monqolustanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müvəqqəti ticarət sazişinin Aİİ-nin əsas idarəetmə orqanının 2025-ci ilin iyununda keçiriləcək növbəti sessiyasında imzalanması planlaşdırılır. Bunu TASS-ın müxbirinə Rusiyanın Ulan-Batordakı səfiri Aleksey Yevsikov deyib.

“Aİİ ölkələri və Monqolustanda daxili prosedurlar uğurla başa çatarsa, onlar arasında müvəqqəti ticarət sazişi Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin iyununda keçirilməsi planlaşdırılan növbəti sessiyasında imzalana bilər. Monqolustandan başqa, bir sıra digər ölkələr də Aİİ ilə azad ticarət zonasının yaradılması üzərində işləyirlər”, – diplomat bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bu ilin sonunadək imzalanması planlaşdırılan saziş artıq hazırdır. İndoneziya ilə razılaşma son mərhələdədir. Misirlə azad ticarət zonasının yaradılması ilə bağlı təmaslar davam edir, Tunislə sazişin hazırlanması üçün işçi qrupu yaradılıb.

“Hindistanla məsləhətləşmələr fəal şəkildə aparılır. Tailand azad ticarət zonasının yaradılması üzrə danışıqlar prosesində irəliləməyə hazır olduğunu bəyan edib. Həmçinin, mayın 15-də Aİİ və İran arasında tam hüquqlu azad ticarət sazişi qüvvəyə minib”, – səfir qeyd edib.

Daha çox göstər
Back to top button