
Rusiya Federasiyası Kommunist Partiyasından olan azərbaycanlı deputat Tağızadə Xalid Böyükağaoğlu Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının Yuqra Sosial İnkişaf Komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib. Bu barədə parlamentin rəsmi press-relizində məlumat verilib.
Xantı-Mansiysk Muxtar Dairəsi parlamentinin sədri Boris Xoxryakov iclasda deputatın açıqlamalarının səbəblərini xatırladıb. Azərbaycanlı deputat bir müddət əvvəl bildirmişdi ki, miqrantlar (xüsusən də özbəklər) öz tarixi vətəni olan Xantı-Mansiysk Muxtar Dairəsinə gedirlər.
“Hesab edirəm ki, deputat Tağızadə öz çıxışı ilə nəinki özünü gözdən saldı, həm də ictimai qınaq fırtınası yaratdı”,- deyə parlament sədri qeyd edib.
Onun sözlərinə görə, deputat bununla deputat etikası qaydalarını pozub və dövlət hakimiyyətinin nüfuzuna xələl gətirib.
Nəticədə Sosial İnkişaf Komitəsi deputat Tağızadənin komitə sədrinin müavini səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Millət vəkilləri də qərara alıblar ki, dostlarından ictimaiyyət qarşısında üzr istəməsi, bu barədə media vasitəsilə seçicilərə məlumat verilməsini tələb etsin.







