BaşlıcaSiyasət

Baş nazirin müavini:  “Ermənistan İrandakı vəziyyətlə bağlı müxtəlif ssenarilər nəzərdən keçirir”

İran-İsrail münaqişəsi ilə bağlı Ermənistan müxtəlif senarilər, o cümlədən logistika, enerji və qaçqın məsələlərini nəzərdən keçirir.

İyunun 18-də Parlamamentin iclasında hakim “KP” partiyasından olan deputat Zaruhi Batoyanın sualını cavablandıran ER Baş nazirinin müavini Mher Qriqoryan bu haqda  bildirib.

Onun sözlərinə görə, bütün mümkün problemlər nəzarət altındadır.

“Bu və ya digər vəziyyəti istisna etmək mümkün deyil. Biz lazım ola biləcək və ya olmaya da biləcək ssenarilər hazırlamalıyıq” – deyə Qriqoryan bildirib.

Eyni zamanda, baş nazirin müavininin qeyd etdiyi kimi, belə məsələləri öz ixtiyarına buraxmaq olmaz.

“Sizi inandırıram: ayrı-ayrı idarələr bütün bu məsələləri ümumi şəkildə müzakirə edirlər. Təfərrüatlara varmaq istəməzdim, çünki müzakirəyə ehtiyac olmayan məsələlər var.

 Bununla belə, hazırlanan ssenarilərdə enerji və logistika ilə bağlı məsələlər də var. Əslində, logistika ilə bağlı məsələlər artıq yaranıb.

Bütün bunlar hökumətin nümayəndəsinin diqqət mərkəzindədir” – deyə vurğulayıb.

Bundan əvvəl Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan bəyan etmişdi ki, İran ərazisindən daşınan bir sıra mallar Ermənistana çatdırıla bilməz.

Onlar İran limanlarında və yollarında dayanıblar.

Onu da xatırladaq ki, iyunun 13-də İsrail İrana hücum edib və bunun ardınca cavab tədbirləri görülüb. Hərbi əməliyyatlar davam etməkdədir.

Daha çox göstər
Back to top button