BaşlıcaSiyasət

Hindistan öz vətəndaşlarının İrandan təxliyəsinə kömək etdiyinə görə Ermənistana təşəkkür edib

Hindistan hökuməti Ermənistan və İran hökumətlərinə Hindistan vətəndaşlarının İrandan təxliyəsini rahat təşkil etdiklərinə görə təşəkkür edib. “Armenpress”in məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin iyunun 18-də yaydığı bəyanatda deyilir:

“Hindistan hökuməti evakuasiya prosesini rahat şəkildə təşkil etdiyinə görə İran və Ermənistan hökumətlərinə minnətdardır”.

Dünən Hindistan 110 hindistanlı tələbəni İrandan təxliyə edib, onlar Ermənistan ərazisindən keçməklə avtomobil yolu ilə Yerevana aparılıb, sonra isə xüsusi reyslə Yeni Dehliyə uçublar. Bundan əvvəl Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan hindistanlı tələbələrin təhlükəsiz təxliyəsi üçün lazımi köməklik göstərib. Ermənistan xarici işlər naziri və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ikitərəfli kommunikasiya çərçivəsində məsələni müzakirə ediblər.

Daha çox göstər
Back to top button