İctimaiyyətSiyasət

Aİ-də Sülh Fondu vasitəsilə Ermənistana 20 milyon avro ayrılması ilə bağlı müzakirələr hələ də davam edir

Avropa İttifaqı hələ ki, Sülh Fondu vasitəsilə Ermənistana əlavə 20 milyon avro yardımın ayrılması barədə qərar qəbul etməyib.

Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kalas məlumat verib.

“Avropa İttifaqı 27 demokratik ölkədən ibarətdir və bu, qərar qəbul etmə prosesini çətinləşdirir. Bəzən ölkə qərarın qəbuluna mane ola bilər. Bəli, hələ bir qərara gəlməmişik, bu doğrudur. Amma biz bu məsələnin həlli üzərində işləyirik”, – Kalas qeyd edib.

Daha əvvəl Macarıstan Aİ-nin Ermənistana Avropa Sülh Fondu (APF) çərçivəsində əlavə 20 milyon avro ayırmaq təklifinə veto qoyub. Bu təşəbbüsü Kaya Kalas özü təqdim edib və Macarıstan istisna olmaqla, bütün digər Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənib.

İyunun 24-də Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı Budapeşt qeyd-şərtlərini saxlayıb.

“Bugünkü danışıqlardan sonra heç bir irəliləyiş olmayıb” – deyən diplomatik mənbə “Azadlıq” radiosuna bildirib. 2023-cü ilin iyulunda Ermənistan Aİ-dən ilk “qeyri-öldürücü” 10 milyon avroluq hərbi yardımı aldı.

Daha çox göstər
Back to top button