BaşlıcaSiyasət

Ermənistan və Avropa İttifaqı müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa dair məsləhətləşmələrə başlayır

Ermənistan və Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahələrində məsləhətləşmələrə başlayır.

Bunu ER XİN başçısı Ararat Mirzoyan vurgulayıb.

“Müdafiə və təhlükəsizlik sektorlarında məsləhətləşmələrin başlanması əməkdaşlığımızın çərçivəsini müasir çağırışlarla uyğunlaşdırmaq və onların aradan qaldırılması üçün əlavə səylər göstərmək üçün mühüm addımdır. Bu kontekstdə Ermənistanın cəbhə xəttinin möhkəmləndirilməsinə və demokratik təsisatların daha da inkişafına yönəlmiş əməkdaşlığı xüsusilə vurğulamaq istərdim”,- Mirzoyan deyib.

Mirzoyan əlavə edib ki, yuxarıda qeyd olunanlar kontekstində onlar həmçinin Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətinin vacibliyini qeyd ediblər və Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardımın göstərilməsini müzakirə ediblər.

Daha çox göstər
Back to top button