
Ermənistan Respublikası və Belçika Krallığının Xarici işlər idarələri arasında siyasi məşvərətlər keçirilib.
Məşvərətlərə Ermənistan XİN nazirinin müavini Vahan Kostanyan və Belçika XİN-in ikitərəfli münasibətlər üzrə baş direktoru Birgit Stevens rəhbərlik ediblər. Bu barədə Ermənistan XİN məlumat yayıb.
Tərəflər Ermənistan-Belçika ikitərəfli əməkdaşlıq gündəminin geniş çeçivəsini müzakirə edərək, çoxsahəli əlaqələrin genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar.
Nazirin müavini Kostanyan ikitərəfli münasibətlərin yeni strategik istiqamətlərlə zənginləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə iştirakçılar Ermənistan-Avropa Birliyi əməkdaşlığının geniş və iddialı gündəminin daha da dərinləşdirilməsi istiqamətində atılan addımlara, həmçinin beynəlxalq platformalarda fəal qarşılıqlı əməkdaşlığın formalaşmasını qeyd ediblər.
Nazirin müavini Kostanyan öz müzakirəçisinə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi proseslərinin hazırkı vəziyyətini təqdim edib və qonşularla münasibətləri normallaşdırmaq baxımından Ermənistanın siyasi iradəsini vurğulayıb.







