“Sputnik Azərbaycan”ın 5 əməkdaşı şəhəri tərk etməmək vədinə imza atmaq müqabilində sərbəst buraxılıb

“Sputnik Azərbaycan”ın həmin ölkə vətəndaşı olan 5 əməkdaşı şəhəri tərk etməyəcəkləri barədə yazılı vəd əsasında sərbəst buraxılıb. Bu barədə “Sputnik Ближнее Зарубежье” məlumat yayıb.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində “əməliyyatlar” aparıldığını bildirmişdi.
Daha sonra Sputnik Bakının təhlükəsizlik qüvvələrinin iki rusiyalı jurnalisti absurd ittihamlarla həbs etdiyini bildirib: Sputnik Azərbaycan redaksiyasının rəhbəri İqor Kartavix və baş redaktor Yevgeni Belousov. Agentlik izah edib ki, yerli medianın məlumatına görə, işçilər “FSB agentləri” olmaqda ittiham olunublar.
RİA Novosti də öz növbəsində Azərbaycanda şəxsi səfərdə olan Ruptly əməkdaşının, redaktorun həbsi barədə məlumat yayıb.







