
İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sonuncu zirvə toplantısının yekununda qəbul olunmuş bəyanatın bəzi müddəaları, xüsusilə Ermənistan Respublikasının ərazi bütövlüyünü pozan saxta anlayışlar, İranın rəsmi mövqeyinə uyğun deyil.
İran bu bəyanatla bağlı İƏT-na rəsmi məktubla öz iradlarını çatdırıb.
Səfir jurnalistin sualına cavab olaraq qeyd edib ki, həmin bəyanat yalnız zirvə toplantısının sədrinin (red. Azərbaycan Prezidenti İlham Əliyev) baxışlarını əks etdirir və mütləq deyil ki, iştirakçı ölkələrin mövqelərini əks etdirsin.
“Biz, İstanbulda son vaxtlar dərc olunmuş İslam Əməkdaşlıq Təşkilatının bəyanatı ilə bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu bəyanatda da Ermənistan Respublikasına qarşı ərazi iddiaları ehtiva edən saxta anlayışlar İran İslam Respublikasının dost və qonşu ölkə – Ermənistan Respublikasına dair prinsipial mövqelərinə ziddir və qəbul edilə bilməz.
İran İslam Respublikası, əvvəlki kimi, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh danışıqları prosesini dəstəkləyir və hər iki tərəfin razılaşdırdığı müddəaları əks etdirən sülh sazişinin imzalanmasını vacib hesab edir.
Biz bu bəyanatla bağlı rəsmi məktubla öz iradlarımızı İqtisadi Əməkdaşlıq Təşkilatına bildirmişik” – deyə Mehdi Sobhani vurğulayıb.
Qeyd edək ki, iyulun 3-4-də Dağlıq Qarabağın Stepanakert şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı keçirilib.
Toplantıda Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Qırğızıstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran iştirak ediblər.
Azərbaycanın Xarici işlər nazirliyi zirvə toplantısının yekununda bəyanat qəbul edildiyini açıqlamışdı və orada azərbaycanlıların guya Ermənistan ərazisinə qayıtmaq hüququ ilə bağlı növbəti saxta ifadələr yer almışdı.







