
Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan iyulun 17-də Ermənistanda Çin Xalq Respublikasının yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Li Sinveyi qəbul edib.
Bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Səfiri yeni təyinatı münasibətilə təbrik edən Alen Simonyan ümidini bildirib ki, onun fəaliyyəti sayəsində iki ölkə arasında əməkdaşlıq yeni vüsət alacaq və mövcud bütün potensial reallaşacaq. Tərəflər həmçinin regional təhlükəsizliyə aid olan və ikitərəfli maraq doğuran məsələlərə toxunublar







