
İran parlamentinin deputatı Kamran Qəzənfəri bildirib ki, Azərbaycan Şahrudun bəzi obyektlərinə hücum əməliyyatında İsraillə əməkdaşlıq edib. Bu barədə “Xəbər Onlayn” məlumat verir.
“Bu əlaqədə sionist rejiminin 14-cü kanalı da açıqlayıb ki, Azərbaycan hökuməti bu hücumda İsrailə kömək göstərib.
İlham Əliyev, İran tərəfindən əvvəlki düşmənçilik hərəkətlərinə və müxtəlif sui-qəsdlərinə heç bir cavab və ya cəza görmədiyi üçün yeni bir sui-qəsd tərtib edib.
O, həmçinin sionist rejimin hərbi əməliyyatında İsraillə əməkdaşlıq edib və onlara öz ərazisini və hava məkanını təqdim edib. İsrail təyyarələri və pilotsuz uçuş aparatları İranın hava məkanına Azərbaycan ərazisindən daxil olublar.
Müxtəlif mənbələrə görə, Təbriz, Ərdəbil, Rəşt və Tehran şəhərlərinin bombardmanı Bakı rejimi və İsrailin birgə əməkdaşlığının birbaşa nəticəsi olub.
İlham Əliyevin rejiminin bu xəyanətkar hərəkətləri Pezeşkian tərəfindən əsassız dözümlülük və razılıqla qarşılanıb.
Bakı İranın devrilməsinə çalışır, Pezeşkian isə Əliyevlə dostluq axtarır.
Təxminən iki həftə əvvəl, Bakı rejimini cəzalandırmaq əvəzinə, o, sionist Bakıya qarşı passiv mövqe tutaraq, İlham Əliyevlə görüşüb və onu sıx qucaqlayıb.
Onun İranın əsas düşməni olan ABŞ-la danışıqlara olan sevgisi və maraqı nə vaxt bitəcək? Siz ikiüzlülüklə Ali Liderin göstərişlərini yerinə yetirdiyinizi iddia edirsiniz, amma əslində əksinə hərəkət edirsiniz”— deyə İran deputatı qeyd edib.







