
ABŞ konqresmeni Frenk Palone, Vaşinqtonda keçirilən görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üzrə irəliləyişi alqışlayıb.
O, öz X (əvvəlki Twitter) səhifəsində Vaşinqtonda keçirilən Paşinyan-Tramp-Əliyev görüşünü şərh edib:
“Mən ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh prosesinə birbaşa qoşulmasını alqışlayıram. Cənubi Ermənistan vasitəsilə nəqliyyat dəhlizinin mövcudluğu müəyyən problemlər yaratsa da, ümid edirəm ki, ABŞ-ın birbaşa iştirakı ədalətli və uzunmüddətli sülh sazişinə, həmçinin Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın iqtisadi blokadasının dayandırılmasına gətirib çıxaracaq.
Hər hansı yekun razılaşma Ermənistan üçün möhkəm tətbiq mexanizmlərini və təhlükəsizlik zəmanətlərini əhatə etməlidir, əgər Azərbaycan öz öhdəliklərini pozarsa.
Bu kontekstdə, ABŞ-ın “Azadlıq dəstəyinə dair” qanunun 907-ci maddəsini tətbiq etməkdən imtina etməsi yanlışdır. Azərbaycana hərbi yardım göstərmək üçün heç bir əsas yoxdur”.
Konqresmenin fikrincə, bundan əlavə, mümkün olan hər şeyi etmək lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıdakı hərbi əsirləri və siyasi dustaqları azad etsin, həmçinin öz qoşunlarını Ermənistan ərazisindən çıxartsın.
“Amerika Birləşmiş Ştatları mənəvi öhdəlik daşıyır ki, Qarabağdan zorla didərgin düşmüş ermənilərin təhlükəsiz, ləyaqətli və davamlı şəkildə doğma yurdlarına qayıtmasını təmin etsin” – deyə Frenk Palone vurğulayıb.







