BaşlıcaSiyasət

Astanada Ermənistan baş nazirinin rəsmi səfəri üçün hazırlıqlara başlanılıb

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ermənistan hökumətinin başçısını Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında Bəyannamənin imzalanması münasibətilə səmimi qəlbdən təbrik edib.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bəyannamə Cənubi Qafqazda geniş əsaslı beynəlxalq əməkdaşlığa və Qazaxıstanla Ermənistan arasında daha intensiv iqtisadi və investisiya əməkdaşlığına yol açır.

Qasım-Jomart Tokayev qeyd edib ki, Astanada Ermənistan baş nazirinin bu ilin sonuna planlaşdırılan rəsmi səfəri üçün hazırlıqlara başlanılıb. Qazaxıstan danışıqlar üçün öz platformasını təmin etməklə Ermənistan və Azərbaycan arasında siyasi dialoqu daha da inkişaf etdirməyə hazırdır.

Təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirən Nikol Paşinyan Qazaxıstan tərəfini iki dövlət arasında sülhün bərqərar olması üçün aparılan danışıqlar prosesinin bəzi aspektləri barədə məlumatlandırıb:

“Baş nazir Qazaxıstanın Ermənistan və Azərbaycanın barışdırılması istiqamətində fəaliyyətini müsbət qiymətləndirib. O, həmçinin qarşılıqlı əməkdaşlıq haqqında yeni sazişlərin imzalanması üçün bu il Qazaxıstana səfər etməyə hazır olduğunu təsdiqləyib”.

Daha çox göstər
Back to top button