
Azərbaycan-İsrail münasibətləri bu gün strateji xarakter daşıyır, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Diplomat iki ölkənin liderləri və xalqları arasında əsl dostluq əlaqələrinin olduğunu vurğulayıb.
Səfir Azərbaycanda yəhudi icmasına göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib, şəxsən dəfələrlə Qubadakı “Krasnaya Sloboda”da olduğunu və burada yəhudi icması üçün yaradılan şəraitlə yaxından tanış olduğunu vurğulayıb.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. Kraus Azərbaycandakı səfir postunda Corc Deakini əvəz edib.







