Başlıcaİctimaiyyət

Mash: “Voronejdə azərbaycanlı icmasının rəhbəri həbs olunub”

Voronejin ən böyük bazarının sahibi və azərbaycanlı icmasının rəhbəri Yusif Xəlilov həbs edilib. Bu barədə Mash teleqram kanalı məlumat verib.

“Hüquq-mühafizə orqanlarının fikrincə, bu ilin mart ayında o, oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verib.

Xəlilov pulun bir hissəsini vasitəçi ilə, qalan 100 min rublunu isə karta köçürüb.

İyulun 1-də xüsusi təyinatlı dəstə Yusifin evinə daxil olub, axtarış aparıb və təhlükəsizlik orqanları onun telefonunda sübutlar tapıb.

Həmin vaxt Xəlilov ifadə verməkdən imtina edib və özünü təqsirli bilməyib. İcma rəhbəri həbs olunub və ona 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə, həmçinin rüşvət almağa görə ölkədən deportasiya təhlükəsi gözlənilir” – deyə teleqram kanalı qeyd edib.

Daha çox göstər
Back to top button