
Azərbaycan, Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanan sülh bəyannaməsindən sonra ABŞ ilə milli təhlükəsizlik və texnologiya sahələrində daha sıx əlaqələr qurmağa çalışır — deyə Axios yazır.
“Azərbaycan, Vaşinqtonun ən iti tikanları olan Rusiya və İran arasında sıxışıb qalıb. O, həm də iri neft və qaz ixracatçısıdır və yaxşı silahlanmış hərbi qüvvələrə malikdir.
Ölkənin ABŞ ilə əməkdaşlıq tarixi var, o cümlədən terrorizmə qarşı dünya müharibəsi zamanı uçuş hüququ və yanacaq doldurma məntəqələrinin təmin edilməsi daxildir.
Lakin ABŞ-də nüfuzlu diasporu olan qonşu Ermənistanla Azərbaycanın uzunmüddətli münaqişə tarixi münasibətlərə öz izini qoyub” — deyərək informasiya vasitəsi qeyd edir.
Axios-a Azərbaycanın səfirliyindəki müsahibəsində səfir Xəzər İbrahim deyib ki, onun hökuməti indi “iqtisadiyyat, energetika, müdafiə, siyasət, təhsil istiqamətində, harda istəsən, texnologiya, süni intellekt sahələrində işçi qrupları yaratmaq və bütün sahələrdə münasibətləri inkişaf etdirmək üçün çalışacaq”.
“Gəlin yeni səhifə açaq,gəlin birlikdə yalnız erməni-azərbaycan deyil, həm də azərbaycan-amerikan münasibətləri üçün işləyək”.
İbrahim sülh prosesinin irəliyə doğru aparılması üçün Prezident Trampa minnətdarlığını bildirib və qeyd edib ki, o, “101 faiz” sülh üzrə Nobel mükafatına layiqdir.
“Bu çox qısa müddətdə — təxminən altı ay ərzində o, başqalarının 30 ildən çox müddətdə edə bilmədiklərini edə bildi”— deyə səfir qeyd edib.
O, həmçinin Ağ Evin xüsusi elçisi Stiv Viktkofa da minnətdarlığını bildirib, onun rolunu “gözdən qaçırmaq mümkün deyil”.
Viktkof martda, sülhün əldə edilməsinin mümkün olduğu elan edilən eyni ayda ölkəyə səfər edib.
“Hər hansı danışıqlarda, xüsusilə də çox çətin sülh danışıqlarında həmişə çox güclü siyasi iradə — çox güclü dünya liderindən güclü siyasi iradə olmağı vacibdir”.
ABŞ rəsmilərindən biri Axios-a verdiyi müsahibədə bildirib ki, Tramp administrasiyasına edilən xoşsözlük, ehtimal ki, Azərbaycanın sülh sazişini imzalamaq üçün əsas səbəbi idi.







