
Belə adlandırılan Tramp marşrutunu İranın maraqlarına zərər yetirmədən təşkil etmək mümkündür. Bu barədə jurnalist ilə söhbətində rusiyalı politoloq Andrey Areşev bildirib.
Onun sözlərinə görə, belə imkanlar Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı əvvəlki dialoqlar zamanı da müzakirə olunub və həmin müzakirələr istər-istəməz Sünik yolunu da əhatə edib.
“Burada söhbət Zəngilan rayonundan Naxicevanın Ordubad rayonuna qədər 42 kilometrlik körpünün tikintisindən gedir. Bu ideya əvvəllər də səsləndirilib və bu gün də gündəmdədir.
Həmin körpü dəmir yolu və avtomobil yolu vasitəsilə Naxicevana, oradan isə Türkiyəyə (və əks istiqamətdə) Ermənistan tərəfi ilə birbaşa təmas olmadan çıxışı təmin edəcək.
Beləliklə, Ermənistanla İran arasında quru əlaqəsi dəyişməz qalacaq. Bu, təkcə Ermənistan tərəfinin narahatlıqları baxımından deyil, həm də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü kontekstində vacibdir” – deyə Areşev vurğulayıb.







