
Bu günlərdə hökumətyönlü Azərbaycan saytı APA-da məqalə dərc olunub. Məqalədə Türkiyə mediası və hökumətyönlü bloqerlər “anti-Azərbaycan” xətti tutmaqda tənqid olunurdu.
Müəlliflər, o cümlədən, Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin etiraz əlaməti olaraq zalı tərk etmədiyi barədə xəbərləri təkzib ediblər.
“Belə açıq və ictimai tədbirdə, hər kəsin gözü qarşısında saxta xəbərlər necə yaradılıb yayıla bilər? Axı hamı gördü ki, Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda yox idi.
Türkiyə mediasına fotomontaj və saxta şəkil, xəbər yaymaq nə verir?” – deyə “faktçekinq” müəllifi Faiq Mahmudov narazılıq edib.
Lakin qeyd etmək lazımdır ki, onun “faktçekinq”i də dəqiqləşdirməyə ehtiyac duyur: zalda “Azərbaycan” lövhəsinin arxasında ölkənin bir nümayəndəsi əyləşmişdi.







