VÇK-OGPU: “Azərbaycanlı God Nisanov hər il Rusiyadan milyardlarla dollar “kölgəli” vəsait çıxarır”

“VÇK-OGPU”-nun məlumatına görə, 2 sentyabr 2025-ci ildə Moskvada mütləq məxfilik şəraitində God Nisanovun qardaşı qızının toyu baş tutub.
Onun “Food City” imperiyası Rusiyadan milyardlarla dollar vəsait çıxarır.
“Toy mərasimi, həmçinin Nisanovun oğlunun avqust ayında keçirilən toyunda olduğu kimi, lazımi qədessiz keçirilib. Dəbdəbəli ziyafətlər artıq keçmişdə qalıb.
Oğlunun toyunda Bakıdan qonaqlar olmayıb. 2 sentyabr tarixli mərasim isə daha səssiz-səmərə keçib, orada yalnız yaxın ətrafdakı insanlar iştirak ediblər, lazımsız şəxslər olmayıb.
Rusiyada azərbaycan diasporu aşkar şəkildə narahat vəziyyətdədir. Eyni zamanda, God Nisanov mühüm şəxsiyyətdir.
Onun “Kiyev Ploşad”ı 2024-cü ildə kirayə haqlarından 1.7 milyard dollar gəlir əldə edib, “Food City” isə Moskvada ərzaq bazarının üçdə birinə nəzarət edir.
VÇK-OGPU-nun məlumatına görə, onun tərəfindən ildə təxminən 9 milyard dollar “qara nağd pul” bazardan keçir və kriptovalyuta vasitəsilə ölkədən xaricə çıxarılır.
Forbes jurnalı onun sərvətini 3.3 milyard dollar, ailə klanını isə – qardaşı oğlu Ervin, oğulları Saul, Meyer, Aleksandr – biznesə möhkəm inteqrasiya olunmuş hesab edir.
Nisanovun biznesi Rusiyada artıq çoxdan kölgəyə keçib. İndi saraylarda keçirilən ictimai toy mərasimləri də artıq keçmişdə qalıb” – deyə Telegram kanalı yazır.







