
“Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü nəzərdə tutulur” – deyərək Ermənistan XİN-dən bildirilib.
Türkiyənin NTV telekanalı isə diplomatik mənbələrə istinadən daha əvvəl xəbər vermişdi ki, görüş gələn həftənin əvvəlində baş tutacaq və Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana Alican sərhəd-keçid məntəqəsi vasitəsilə səfər edəcək.







