BaşlıcaBeynəlxalq

Belçika Kraliçası Ermənistana səfər edəcək

Belçika Kraliçası Matilda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinin Tərəfdaşı kimi, 13-15 oktyabr tarixlərində Ermənistana rəsmi səfər edəcək. Bunu Belçika Kral Sarayının Mətbuat Xidməti jurnalistin Brüssel müxbirinə istinadən bildirib.

Mətbuat bülletenində deyilir:

 “Bu səfər Davamlı İnkişaf üçün 2030 Gündəminin əhəmiyyətini vurğulamaq və innovasiya, sosial daxiletmə, səhiyyə, təhsil və ətraf mühitin qorunması sahələrində fəaliyyət göstərən erməni cəmiyyətinin bir çox nümayəndələri ilə birbaşa dialoq qurmaq imkanı yaradacaq”.

Kraliça səfər çərçivəsində:

Tələbələrlə görüşüb, onların davamlı inkişaf istiqamətində praktik təşəbbüslər barədə baxışlarını müzakirə edəcək.

“TUMO” yaradıcı texnologiyalar mərkəzinə baş çəkəcək.

Geğarkunik bölgəsinə , Sevan gölü ətrafına səfər edəcək .Qeyd edək ki, bu, xüsusilə Ermənistanın 2026-cı ildə keçiriləcək Biomüxtəliflik üzrə COP-17 Konfransına ev sahibliyi etmək hazırlığı kontekstində vurğulanır.

“Forest Armenia” tərəfindən həyata keçirilən, çöləşmə təhlükəsini qarşısını almaq və iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq üçün meşələrin bərpası layihəsi ilə tanış olacaq.

Xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün ixtisaslaşmış uşaq bağçasına baş çəkəcək.

Qaçqınların iqtisadi və sosial daxil edilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

Ermənistan rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirərək, Davamlı İnkişaf Məqsədlərinə çatmaq və 2030-cu il vizyonu kontekstində ölkənin prioritetlərini və çətinliklərini müzakirə edəcək.

Daha çox göstər
Back to top button