
Daha geniş Xəzər dənizi regionu, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ-ın xarici siyasəti üçün uzunmüddətli prioritetdir. Bunu dövlət katibinin köməkçisinin müavini Kaleb Orr bildirib.
“Bu regiona investisiya qoymaq və onu illər ərzində inkişaf etdirmək bizim strateji maraqlarımıza uyğundur”, – o qeyd edib.
Or Nyu Yorkda keçirilən VI Xəzər Biznes Forumunda iştirak edib.







