
Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətinin uzadılması barədə vəsatətini təmin edib.
Onun həbs müddəti 30 dekabr 2025-ci il tarixinədək uzadılıb.
Şıxlinskinin həbsi avqustun 2-də olub. Qeyri-rəsmi məlumata görə, o, Moskvada bir müddət əvvəl gizləndiyi iddia edilən xarici diplomatik missiyanı tərk edərkən baş verib. O qəsdən adam öldürməkdə ittihamı olunur.







