BaşlıcaEkonomika

ER Baş naziri Moskvada Qlobal Atom Forumunda iştirak edəcək

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək. Alınan məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumatlandırıb.

Bildirilib ki, sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın atom sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcək.

“Məlumata əsasən, Rusiya Prezidentinin yanında Foruma Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Myanma İttifaq Respublikasının vəzifəsini icra edən Prezidenti Min Aun Hlayn, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi, həmçinin İran İslam Respublikası, Özbəkistan Respublikası, Misir Ərəb Respublikası, Niger Respublikası və bəzi ixtisaslaşmış təşkilatların nümayəndələri qatılacaqlar” – deyə məlumatda qeyd olunub.

Daha çox göstər
Back to top button