BaşlıcaSiyasət

Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək; Quterreşlə görüş də planlaşdırılır

Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Nikol Paşinyan sentyabrın 26-27-də Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq.

“Nyu-Yorkda Ermənistan Respublikasının baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və sessiyanın yüksək səviyyəli müzakirələrində çıxış edəcək.

Səfər çərçivəsində baş nazir Paşinyanın BMT-nin baş katibi Antonio Quterreşlə də görüşü nəzərdə tutulub”, – Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.

Daha çox göstər
Back to top button