
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub bitirdim”.
Bu barədə Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Hakobyan öz “Facebook” səhifəsində yazıb.
“O kitabı elmi ədəbiyyatımla paralel olaraq oxuyurdum, buna görə bir az uzun çəkdi. Əminəm ki, Ermənistandakı mütəxəssislər onun nəşr olunduğu andan dərhal sonra oxuyublar.
Amma beynəlxalq münasibətlər mövzusuna marağı olmayan, lakin qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün deyim:
Kitab Birləşmiş Millətlər Təşkilatının strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi və təşkilatın müasir dövrün çağırışlarına cavab verə biləcək real mexanizmlərlə təmin edilməsi barədədir.
Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün istəklərinə tabe ola bilməz. “The world is bigger than five” (“Dünya beşdən böyükdür”) ifadəsi də bunu vurğulayır.
Kitabda bəşəriyyətin vəziyyəti ilə bağlı rəqəmlər də təqdim olunur. Məsələn, dünyada 820 milyon insan aclıq şəraitində yaşayır, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün və təxminən 25 milyon qaçqın var.
Kitabın adı – “A fairer world is possible” (“Daha ədalətli bir dünya mümkündür”) – adlanır” – deyə Anna Hakobyan yazıb.
.







