BaşlıcaSiyasət

Ermənistan və Azərbacanın Baş nazirləri Tbilisidə “İpək Yolu” konfransında iştirak edəcəklər

Tbilisidə 22-23 oktyabr tarixlərində “İpək Yolu” konfransı keçiriləcək. Təşkilatçıların məlumatına görə, beşinci forumun əsas mövzusu və şüarı “Qoşulmaya investisiya edin – Sabitlikdə böyüyün” (Invest in Connectivity – Grow in Stability) olacaq.

Forumu Gürcüstan Baş naziri İrakli Kobaxidzə açacaq. Bildirilənə görə, tədbirdə həmçinin Azərbaycan və Ermənistanın Baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edəcək.

Təxminən iki min nümayəndənin, o cümlədən yüksək səviyyəli siyasətçilərin, biznes və beynəlxalq təşkilatların nümayəndələrinin, qlobal şirkətlərin rəhbərlərinin, maliyyə qurumlarının və ekspertlərin qatılması gözlənilir.

 Forumda dünya ticarəti, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, energetika, rəqəmsal çevrilmə və digər mövzular müzakirə olunacaq.

Ayrıca panel müzakirəsi Gürcüstanın investisiya mühitinə və imkanlarına həsr olunacaq. Konfrans çərçivəsində 23 oktyabrda Tbilisi Maliyyə Sammiti keçiriləcək ki, onun açılışında fintex sahəsinin aparıcı nümayəndələri iştirak edəcək.

Tbilisidə “İpək Yolu” forumu ilk dəfə 2015-ci ildə təşkil edilmişdir və hər iki ildən bir keçirilir. Nikol Paşinyan və Əli Əsədov 2023-cü ildə də iştirak etmişdilər, o zaman Gürcüstanın baş naziri İrakli Qaribaşvili onlarla üçtərəfli görüş keçirmişdi.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button