BaşlıcaSiyasət

AB-nin Ermənistandakı missiyası sülh və təhlükəsizliyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir

Azərbaycan və Ermənistan sərhədində yerləşən Avropa Birliyinin missiyası regionda sülh və təhlükəsizliyin təşviyinə sadiq olduğunu təsdiqləyir.

Bu haqda Ermənistandakı AB Müşahidə Missiyasının X mikroblogunda yazı paylaşılıb.

“Avropa Birliyinin 25 üzv dövlətini və Kanadanı təmsil edən 200 nəfərlik AB missiyası Ermənistanda yerində çalışır. Hər gün və gecə, xüsusi qruplarımız Ermənistan və Azərbaycan sərhədi boyunca növbətçilik və davamlı nəzarət həyata keçirərək, regionda sülh və təhlükəsizliyin təşviqi missiyasına sadiq qalır” – deyilərək ifadə olunub.

AB-nin Ermənistandakı vətəndaş müşahidə missiyası öz fəaliyyətini 2023-cü ilin fevralından başlayıb.

 2025-ci ilin yanvarında AB Şurası Ermənistandakı AB Müşahidə Missiyasının mandatını 2 il uzatmaq qərarı qəbul edib.

Daha çox göstər
Back to top button