
Xarici İşlər naziri Ararat Mirzoyan Ermənistanın Azərbaycanla sülh müqaviləsinin mətnində əvvəllər razılıq vermədiyi iki maddəyə sonradan niyə razılıq verdiyini izah edib.
2025-ci ilin martında Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə danışıqların başa çatdığını və mətnin razılaşdırıldığını elan etdi. Əvvəllər Ermənistan Azərbaycanın təklif etdiyi iki maddəyə qarşı çıxırdı:
Müqavilə imzalandıqdan sonra hər iki ölkənin sərhədində üçüncü qüvvələrin yerləşdirilməsindən imtina edilməsi,
Beynəlxalq məhkəmələrdə bir-birinə qarşı irəli sürülən iddiaların geri çəkilməsi.
Lakin nəticədə Ermənistan bu maddələrə razılıq verdi və tərəflər sülh müqaviləsinin mətninin razılaşdırıldığını açıqladı.
Müzakirələrdə dəyişən pozisiya
Parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan sual verdi:
“Niyə Ermənistan əvvəlcə bu maddələrə qarşı çıxırdı, sonra isə Azərbaycanın Syünik bölgəsindəki yaşayış məntəqələrinə atəş açması davam edərkən razılıq verdi?”







