BaşlıcaSiyasət

Yaxın günlərdə Ermənistan və Almaniya arasında hökumətlərarası danışıqlar baş tutacaq

Yaxın günlərdə Ermənistan Respublikası və Almaniya Federativ Respublikası arasında hökumətlərarası danışıqlar baş tutacaq.

Bu barədə Almaniyadakı Ermənistan səfiri Viktor Yengibaryan məlumat verib.

“Danışıqlar çərçivəsində gələn iki il üçün maliyyə və texniki əməkdaşlığın prioritetləri müzakirə ediləcək və razılaşmalar əldə olunacaq.

Ermənistan nümayəndə heyətinə iqtisadiyyat naziri Georgi Papayan, Almaniya nümayəndə heyətinə isə İqtisadi Əməkdaşlıq və İnkişaf nazirliyinin dövlət katibi Nils Annen rəhbərlik edir.

İki ölkənin nümayəndə heyətlərinə müxtəlif qurumlardan yüksək səviyyəli nümayəndələr daxildir. Yüksək səviyyəli görüşlərdən əlavə, iş adamları ilə də görüşlər nəzərdə tutulur.

 Danışıqlarda və yüksək səviyyəli görüşlərdə Ermənistanın səfiri Viktor Yengibaryan da iştirak edəcək”-  deyərək  qeyd olunub.

Daha çox göstər
Back to top button