BaşlıcaSiyasət

Ermənistan və Danimarkanın Xarici işlər nazirləri anlaşma Memorandumu imzalayıblar

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Kopenhagendə Danimarkanın Xarici işlər naziri Lars Lökke Rasmussena ilə görüşüb.

Alınan məlumata görə, Ermənistan Xarici İşlər nazirliyindən bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra geniş tərkibdə müzakirələr keçirilib, hər iki ölkənin nümayəndə heyətləri iştirak edib.

Danışıqlarda Ermənistan və Danimarka arasında ikitərəfli əlaqələrin bütün istiqamətləri ətraflı müzakirə edilib. Tərəflər siyasi dialoqun, iqtisadi və digər qarşılıqlı maraq doğuran sahələrdə təşəbbüslərin aktivləşdirilməsi yolu ilə əməkdaşlığın dərinləşdirilməsinə razılıq veriblər.

Ararat Mirzoyan və Lars Lökke Rasmussen işgüzar əlaqələrin, investisiyaların stimullaşdırılmasının, innovasiyaların, bərpa olunan enerjinin və digər sahələrdə konkret proqramların həyata keçirilməsi üzrə praktik imkanları müzakirə ediblər.

 Hər iki tərəf qeyd edib ki, coğrafi məsafəyə baxmayaraq, Ermənistan və Danimarka demokratik prinsiplər və inkişaf üçün ortaq səylər baxımından bir-birinə yaxındır.

Nazir Mirzoyan Danimarkanın Ermənistanın demokratik inkişaf yolunda davamlı dəstəyini qiymətləndirib və Danimarkanın təşəbbüsü ilə “2023-2026-cı illər üçün Yeni Demokratiya Fondu” proqramına Ermənistanın daxil edilməsinə görə minnətdarlığını bildirib.

Nazirlər Ermənistan-Avropa Birliyi əməkdaşlığının dərinləşdirilməsi istiqamətində Danimarkanın AB Şurasında hazırkı sədriyyəsini də nəzərə alaraq işləri müzakirə ediblər,  

Ararat Mirzoyan danimarkalı həmkarını Avropa Siyasi Birliyinin sammitinin uğurla təşkil edilməsi ilə bağlı təbrik edib və Yerevanda yaxın gələcəkdə keçiriləcək sammitin hazırlığı çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlığa hazırlığını yüksək qiymətləndirib.

Hər iki tərəf Ermənistan və Şimal-Baltik ölkələri (NB8) formatında əməkdaşlığın inkişafının aktiv dinamikasını məmnunluqla qeyd edib.

Görüşdə regional məsələlər  ətrafında  fikir mübadiləsi aparılıb.

Ermənistan və Azərbaycan arasında yaranmış sülh kontekstində komunikasiyaların blokadasının aradan qaldırılması imkanlarına toxunulub ki, bunun effektiv həyata keçirilməsi Avropa-Mərkəzi Asiya əlaqələrinin genişlənməsinə də kömək edəcək.

ER  Xarici işlər naziri Ararat Mirzoyan və Danimarkanın Xarici işlər naziri Lars Lökke Rasmussen Ermənistan Respublikasının Xarici İşlər nazirliyi və Danimarka Krallığının Xarici İşlər nazirliyi arasında anlaşma memorandumu imzalayıblar.

Memorandumda Ermənistan-Danimarka və Ermənistan-Avropa Birliyi əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

İki ölkə Ermənistanın AB standartlarına tədricən yaxınlaşması, onun suverenliyinin və davamlılığının, demokratik institutların möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək.

Siyasi məsləhətləşmələrlə  paralel olaraq, iki ölkə yaşıl keçid, bərpa olunan enerji mənbələri, insan hüquqları, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələrdə dialoq və əməkdaşlığı təşviq edəcək.

Daha çox göstər
Back to top button