İctimaiyyət

Karen Torosyan Gault & Millau Belçikanın 2026-cı ilin Ən Yaxşı Aşpazı

Məşhur belçikalı aşpaz Karen Torosyan, Gault & Millau Belgium tərəfindən 2026-cı ilin “Ən Yaxşı Aşpazı” seçilərək Avropa qastronomiyasının ən nüfuzlu mükafatlarından birini – “kulinariya Oskarı”nı qazanıb.

Mükafatlandırma mərasimi 4 noyabr 2025-ci ildə Brüsseldə 2000-dən çox aşpaz, jurnalist və qonağın iştirakı ilə olub.

İki Michelin ulduzuna layiq görülən Torosyanın Bozar restoranı Belçikanın ən yaxşı yeməkxanalarından biri kimi tanınıb.

“İlin Aşpazı olmaq mənim arzum idi. Belçikaya ilk dəfə gələndə aşpazlara kino ulduzları kimi baxırdım. Bu gün isə bu ad mənimdir”, – Torosyan sosial mediada yazıb.

Gault & Millau Torosyanı “Belçikaya aşiq olan və ustalığına görə universal hörmət qazanan erməni əsilli aşpaz” kimi təsvir edib.

Ermənistanda anadan olub Brüsseldə böyüyən Karen Torosyan Avropa yüksək mətbəxinin ən nüfuzlu nümayəndələrindən biri hesab olunur.

Zartonk Media yazır ki, “Onun beynəlxalq uğuru təkcə şəxsi nailiyyət deyil, həm də bütün erməni diasporu üçün qürur mənbəyinə çevrilib”.



Daha çox göstər
Back to top button