BaşlıcaSiyasət

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Hacıyevlə görüşüblər

2023-cü il noyabrın 21-22-də Bakıda “Sülh körpüsü” təşəbbüsünün növbəti görüşü keçirilib.

Görüşdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri sülh prosesinin gedişatını, dialoqun təşviqi yollarını və birgə layihələrin imkanlarını müzakirə ediblər. Nəticədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı yeni razılaşmalar əldə edilib.

Ermənistan tərəfindən: Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan,

azərbaycanlı həmkarları  Fərhad Məmmədov, Rüfət Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli və Fuad Abdullayevlə  görüşüblər.

.:

“Görüş ərzində  Azərbaycan və Ermənistan  arasında sülh prosesinin dinamikası, Vətəndaş cəmiyyətinin sülh prosesində davamlı iştirakı sttimullaşdırmaqda rolu və ekspert qrupları arasında birbaşa əlaqələrin  perspektivliyi  müzakirə olunub..

:

Azərbaycan prezidentinin köməkçisi və xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev ilə görüşdə Vaşinqtondakı danışıqlardan sonra atılan addımlar müzakirə edilib.

Azərbaycan və Ermənistan tərəfləri media sahəsində birgə işi aktivləşdirmək, ekspert qrupları arasında birbaşa əlaqələr qurmaq və sülh prosesində vətəndaş cəmiyyətinin davamlı iştirakını təmin etmək barədə razılığa gəliblər.

 Tərəflər işgüzar əlaqələri davam etdirmək və ”Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycana və Ermənistana növbəti səfərləri planlaşdırmaq barədə razılıq əldə ediblər.

Səfər çərçivəsində təşəbbüsün üzvləri Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev ilə görüş keçiriblər.

Görüş ərzində  Vaşinqtondakı görüşdən sonra Azərbaycan və Ermənistan tərəflərinin sülh gündəmini gücləndirmək istiqamətində atdıqları addımlar müzakirə edilib. Hikmət Hacıyev təşəbbüs nümayəndələrinin suallarına cavab verib.

Xatırladaq ki, 21 oktyabrda Bakıdan birbaşa uçuşla Ermənistanın paytaxtı Yerevana Azərbaycan ekspertləri səfər etmişdilər  və vətəndaş cəmiyyəti nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak ediblər.

4 noyabrda isə Yerevanda keçirilən “Orbeli-2025” beynəlxalq konfransında iki Azərbaycan eksperti iştirak edib. Bu səfər, Ermənistandan Azərbaycana olan səfərə cavab xarakteri daşıyırdı.Bu görüşlər göstərir ki, dövlətlər səviyyəsində gərginlik olsa da, vətəndaş cəmiyyətləri arasında dialoq davam edir və sülh yolu axtarışları davam edir.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button