BaşlıcaSiyasət

Türkiyənin DİN nümayəndəsi “Zəngəzur dəhlizinin” əhəmiyyətini Süveyz kanalının açılışı ilə müqayisə edib

Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələri Bakıda “Zəngəzur dəhlizinin” açılmasının vacibliyini müzakirə edirlər. Müzakirə TDT-yə üzv ölkələrin QHT-lərinin “Həmrəyliyə dair Forum”u çərçivəsində keçirilir” – deyə APA məlumatlandırır.

“Zəngəzur dəhlizi türk dünyasının birliyinin rəmzidir” – bu haqda  CAREC layihə ofisinin direktoru Mergen Kepbanov bildirib.

Onun sözlərinə görə, “Zəngəzur dəhlizi türk dünyasında əməkdaşlığın inkişafı üçün– iqtisadi və mədəni sahələrdə, ictimai diplomatiyanın gücləndirilməsi və digər istiqamətlərdə  şərait yaradır . Türkmənistan türk dünyasının bütün ölkələri ilə bütün sahələrdə əməkdaşlığı möhkəmləndirməyə hazırdır”.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının komitə sədri, “Yüksəliş” hərəkatının rəhbəri Babur Bekmuradov qeyd edib:

“Zəngəzur dəhlizi türk dünyası və geniş Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyır. O, Şərq və Qərbi birləşdirən Orta Dəhlizin bir hissəsidir. Zəngəzur dəhlizi bizim üçün ən qısa və ən əlverişli tranzit yolu olacaq.

Bu, logistika və xərclərin azaldılması baxımından mənfəət gətirəcək. Digər tərəfdən, dəhliz xarici ticarətin şaxələndirilməsinə və inkişafına töhfə verəcək.

 Ümumilikdə demək olar ki, Mərkəzi Asiya və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi Zəngəzur dəhlizi sayəsində yeni mərhələyə çıxır. Biz anlayırıq ki, belə layihələrin həyata keçirilməsi üçün sülh və sabitlik lazımdır. Bu kontekstdə Özbəkistan Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”.

Türkiyə DİN-in vətəndaş cəmiyyəti ilə əlaqələr baş idarəsinin sədr müavini Özcan Aygün isə bildirib:

“Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması tarixi hadisə olacaq və regionun, həmçinin dünyanın iqtisadiyyatına əhəmiyyətli töhfə verəcək”.

Onun sözlərinə görə, dəhliz ilk növbədə regionun və ayrı-ayrı ölkələrin iqtisadiyyatına, eləcə də qlobal iqtisadiyyata ciddi faydalar verəcək:

“Əgər Süveyz kanalının açılması region ölkələrinə və qlobal iqtisadiyyətə böyük üstünlüklər gətirdisə, Zəngəzur dəhlizi də region iqtisadiyyatında ciddi dəyişikliklərin başlanğıcı olacaq” – deyə o, vurğulayıb.

Daha çox göstər
Back to top button